YAP Yasamal gəncləri növbəti “fləşmob” keçiriblər

YAP Yasamal gəncləri növbəti “fləşmob” keçiriblər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı partiyanın prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın xəbərinə görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün partiyanın Yasamal rayon təşkilatının qərargahında gənclərlə görüş təşkil edilib. Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov və partiyanın fəal gəncləri iştirak edib.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək gənclərə tapşırıq və tövsiyyələrini verib. Bildirib ki, gənclər prezident seçkilərində İlham Əliyevə səs verməklə Azərbaycanın gələcək inkişafına ən böyük töhfəni vermiş olacaqlar.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov gəncləri prezident seçkilərində uzaqgörən siyasi xadim İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdən sonra gənclərin növbəti "fləşmob"u baş tutub. Onlar Yasmal rayonunun ən yüksəkdə yerləşən parkında üzərinə "YAP Yasamal gəncləri" və "İlhaml İrəli" yazılmış şarları havaya buraxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə