Qobustanlılar İlham Əliyevə səs verəcək!

Qobustanlılar İlham Əliyevə səs verəcək!

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin Qobustan rayonu üzrə Seçki Qərərgahı təbliğat-təşviqat tədbirlərini davam etdirir. Belə ki, növbəti görüş 17 sentyabr tarixdə rayonun təhsil işçiləri, gənclər və digər idarə, müəssisə kollektivləri ilə keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Fizuli Güləliyev Azərbaycanın və onun bir parçası olan Qobustanın son 10 ildəki sıçrayışlı inkişafından danışaraq bildirib ki, Qobustan da ölkəmizin bütün rayonları kimi inkişafın yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. İqtisadi yüksəliş, sosial tərəqqi son illər Qobustanın tarixi reallıqlarıdır: "Biz bu reallıqlara dövlət başçımızın uğurlu, ardıcıl siyasəti nəticəsində nail ola bilmişik. Bu 10 il müddətində prezident 3 dəfə Qobustana səfər etmişdir və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 5 Sərəncam imzalamışdır. Azərbaycan Prezidentinin 2008-ci il 7 may tarixli Sərəncamı ilə Qobustan şəhəri yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq respublikanın digər rayonları kimi Qobustan da sürətlə inkişaf edir. Bunu hər bir qobustanlı duyur, görür".

F.Güləliyev çıxışının sonunda rayonun daha uğurlu inkişaf mərhələsinə çatması, vətəndaşların daha firavan yaşaması üçün qobustanlı seçiciləri 9 oktyabr prezident seçkilərində aktiv iştiraka və YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə Prezident İlham Əliyevin on illik fəaliyyəti ilə bağlı, bütün sahələrdə sosial-iqtisadi inkişafdan geniş söhbət açaraq bildirib ki, Azərbaycanın inkişafı 10 ildə iqtisadiyyat sahəsində 3,4 dəfə, qeyri neft sahələrində 2,7 dəfə, dövlət büdcəsində isə 19 dəfə artmışdır: "Azərbaycan 2013-cü ilin fevralında ilk telekomminikasiya peykini orbitə çıxartdı. 10 il ərzində 5 hava limanı 4 avtovağzal kompleksi, 4 metro stansiyası tikilib istifadəyə verilmişdir. Bu illər ərzində 31 körpü, 14 elektrik stansiyası tikilmişdir."

İlham Məmmədzadə çıxışının sonunda seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Qobustan sakini, Bakı Dövlət Universitetinin kafedra müdiri Həmzağa Orucov, xüsusi ilə dövlətimizdə elmə təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bu sahədə əldə olunan böyük uğurları statistik rəqəmlərin dili ilə iştirakçılara çatdırıb: "Azərbaycan 10 il ərzində dövlət büdcəsindən elmin inkişafına 10,2 dəfə, təhsilə yönələn xərclər 7,6 dəfə artmışdır. 408,2 min şagird yerlik ümumtəhsil məktəbi, 9780 yerlik məktəbəqədər təhsil müəsissəsi tikilmiş, məktəblərin 87,2% kompyuter və digər İKT avadanlığı ilə təmin olunmuşdur. Sevindiricidir ki, bu inkişaf hər gün, hər an davam edir."

O, çıxışının sonunda bu inkişafın davamlı olmasını istəyən hər bir seçicini prezident seçkilərində iştirak edərək Yeni Azərbaycan Partiyasının vahid namızədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Prezidentliyə namizəd Cənab İlham Əliyevin Qobustan rayonu üzrə Seçki Qərərgahı növbəti tədbirini rayonun gəncləri ilə keçirib. YAP Qobustan rayon təşkilatının sədri Fizuli Güləliyev seçiciləri salamlayaraq, dövlətimizin son 10 ildəki inkişafından, dünya müstəvisində tutduğu önəmli yerdən, qazandığı beynəlxalq imicdən danışaraq bu inkişafın müəllifinin Ulu Öndər Heydər Əliyev və onun siyasi ardıcılı İlham Əliyev olduğunu diqqətə çatdırıb. Regionların sosial-iqtisadi

inkişafından danışan natiq həmçinin Qobustanın da yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq bildirib ki, ölkəmiz günü-günündən böyüyür, abadlaşır: "Qobustanımız da gündən-günə gözəlləşir, demək olar ki, regionda füsunkar, abad guşələrdən birinə çevrilir. İllərlə su həsrətində olan şəhərimiz, kəndlərimizə yeni su xəttləri çəkilib və bu işlər davam edir. Rayonun bütün kəndlərində qazlaşdırılma yaxın vaxtlarda sona çatacaqdır. Parklar, meydanlar, yeni inzibati binalar, uşaq bağçaları, məktəblər, yeni yollar - bütün bunlar hamısı, dövlət başçımızın regionlara, eləcə də rayonumuza olan diqqət və qayğısının nəticəsidir. Mən də bir Qobustanlı kimi rayonumuzda gedən bu inkişafdan, tərəqqidən, quruculuqdan fərəh hissi duyuram, prezidentimizə təşəkkür edərək bütün seçiciləri seçki məntəqələrinə gedərək İlham Əliyevə səs verməyə səsləyirəm."

Bakı Dövlət Universitetinin kafedra müdiri Həmzağa Orucov cıxışında bütün sahələrlə yanaşı təhsil sistemində aparılan uğurlu siyasətdən danışaraq bildirdi ki, təhsil sistemi həmişə cəmiyyətin strateji əhəmiyyətli bir sahəsi olmuşdur. Müasir dövrdə bu məsələ daha da aktuallaşıb XXI əsr intelekt əsridir. Bu mənada dövlətimiz tərəfindən milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün böyük işlər görülür. Müstəqil Azərbaycanın işıqlı gələcəyi və tərəqqisi naminə yüksək savadlı mütəxəssislərin yetişdirilməsi məsələsi bu gün həmişəkindən daha aktualdır. Respublikanın hər yerində olduğu kimi Qobustan rayonunda da təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının tikilməsi çox sürətlə gedir. Son 10 ildə Qobustanda 12 yeni məktəb binası tikilmişdir.Təhsilin inkişafına yüksək dövlət qayğısı Azərbaycanın gələcəyinə hesablanmış siyasətdir, çünki bugünkü şagird sabahın qurucusu-idarəedicisidir.

Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun direktoru İlham Məmmədzadəni çıxış edərək gənclərə, idmana göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan idmanı bu gün özünün yüksək dövrünü yaşayır: "İdmanda uğurlarımız günbəgün artır, maddi-texniki baza möhkəmlənir. Buna görə də elə bir mötəbər idman tədbiri olmur ki, orada himnimiz səslənməsin, bayrağımız ucalmasın. İdmançılarımızın hər bir nailiyyəti yeniyetmə və gənclərdə idmana böyük maraq yaradır. Azərbaycan bu gün həm də mötəbər beynəlxalq yarışların keçiildiyi bir mərkəzə çevrilmişdir. Hamımıza yaxşı məlumdur ki, 2015-ci ildə birinci Avropa oyunları ölkəmizdə keçiriləcəkdir. Bu tarixi hadisə ölkəmizin böyük uğurudur."

Gənc seçicilərdən İlqar Alcanov, Daşqın Ağayev, Aytən Mənsimova, Elnur Ağalıyev çıxış edərək gənclərə göstərilən qayğıdan, yaradılan münbit şəraitdən danışdılar və qobustanlı gənclərin seçiminin - ölkə başçısı Cənab İlham Əliyev olduğunu bildirdilər.

Təbliğat kampaniyası ilə bağlı növbəti tədbir rayonun idarə, müəssisə kollektivləri ilə keçirilib. Yığıncağı giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Fizuli Güləliyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurları müqayisəli şəkildə təhlil edərək bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmış, 1 mln . 200 min yeni iş yeri açılmış, dövlət büdcəsi 19 dəfə artmışdır. Əldə olunan bu nailiyyətlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına zəmin yaratmışdir. Bu gün hər bir qobustanlı öz gündəlik həyatında bunu görür və hiss edir ki, onun həyatı günbəgün daha da yaxşılaşır. Rayonumuz da digər bölgələr kimi günü-gündən abadlaşır, gözəlləşir, yeni inzibati binalar tikilir, parklar salınır. Bu inkişafın, bu tərəqqinin şahidi olan hər bir qobustanlı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir.

Görüşdə çıxış edən Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Bakı Dövlət Universitetinin kafedra müdiri Həmzağa Orucov ölkəmizdə son 10 ildə gedən tərəqqidən, inkişafdan, əldə olunan nailiyyətlərdən danışaraq seçiciləri fəal olmağa və Azərbaycanı uğurlu gələcəyə inamla aparan Cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Seçicilərdən Lalə Maxsudova, Ruslan Şahbazov, Adil Qasımov və başqaları çıxış edərək qeyd etdilər ki, sözün əsl mənasında Azərbaycanda gedən quruculuq, abadlıq, yeniləşmə hər birimizdə qürur doğurur. Əhalinin sosial müdafiəsi və təminatı ildən ilə yaxşılaşır, əhalinin gəlirləri artır. Ölkə başçımız insanların həyat səviyyəsinin yüksəldilməsinə hərtərəfli şərait yaradır. Bildirildi ki, bütün bunlara cavab olaraq, qobustanlılar da, hər bir idarə, müəssisədə çalışan işçilər də birmənalı olaraq ölkə başçımızın apardığı siyasəti dəstəkləyərək Cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə