Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin rayonun Seçki Qərargahı tərəfindən təşkil olunan seçicilərlə görüşləri davam edir. Belə ki, budəfəki görüş Ləcət və Yalama kəndlərinin sakinləri ilə keçirilmişdir. Görüşü giriş sözü ilə Seçki Qərargahının sədri Nazim Ağayev açaraq xaçmazlıların həmişə Prezidentimiz ətrafında sıx birləşdiklərindən, ölkənin ictimai-siyasi həyatında fəal olduqlarından, Prezident İlham Əliyevin şimal regionuna diqqət və qayğısından, ölkəmizin gündən-günə inkişaf etməsindən, əhalinin sosial rifah halının yaxşılaşmasından, inkişaf etmiş dünya ölkələri arasında ölkəmizin tutduğu mövqeyindən, qarşıdan gələn Prezident seçkilərində yüksək fəallıq göstərməklə Möhtərəm Prezidentimizi növbəti 5 ilə seçiləcəyinə böyük əminliklə inandığından və Azərbaycan xalqının İlham Əliyevə inamı və sevgisindən bəhs etdi.
Görüşdə iştirak edən digər təşviqatçılar - Şahnamaz Səbzixanova, Əzizbəy Zahidov, Samirə Kazımova, Avropa və dünya çempionu Şöhrət Şıxmətov, Şahmərdan Ağakişiyev, 91 yaşlı qəhrəman ana Dəstə Səmədova, Solmaz Şahbazova, Firəngiz İlyasova çıxış edərək, Cənab İlham Əliyevə inandıqlarını, Onun siyasi fəaliyyətini dəstəklədiyini, və Ona səs verəcəklərini bildirdilər. Tədbirdə vurğulandı ki, xaçmazlılar hər zaman dövlət siyasətini dəstəklədiklərini və bu istiqamətdə daim Cənab İlham Əliyevin ətrafında sıx birləşib və bundan sonra da Onun apardığı uğurlu siyasəti dəstəkləyəcəklər.
Görüşdə Marina Xanmətova, Fariz Bağırov, Mirzə Şahbazov, Tünzalə Abdullayeva çıxış edərək Ləcətlilərin Cənab İlham Əliyevə inandıqlarını və 9 oktyabrda bir nəfər kimi Ona səs verəcəklərini bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB