Zahid Qaralov: “Canavarlar hər zaman ağız-ağıza yatar” AÇIQLAMA

Zahid Qaralov: “Canavarlar hər zaman ağız-ağıza yatar” AÇIQLAMA

"Milli Şura" ölü doğulmuş bir cəmiyyətdir. Onların bu kimi cəmiyyətlərinin sayı-hesabı belə yoxdur. Artıq "Milli Şura" formalaşmamışdan öncə dağılıb. Hətta Rüstəm İbrahimbəyovun özü də etiraf edir ki, onu zorla həmin şuranın sədri olmağa vadar ediblər. Bu mənada hesab edirəm ki, ölü doğulan qurumun dağılmasına heç bir lüzum yoxdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin hakimiyyətin ünvanına söylədiyi sərsəm fikirlərə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, müxalifət hər zaman olduğu kimi olmayan bir şeyi, olmuş kimi qələmə verir: "Müxalifət seçkiqabağı bu kimi bayatıları çox çalıb və çalmaqda da davam edir. Onların bir-birilərini görməyə gözləri yoxdur. Hətta belə misal var: "Canavarlar hər zaman ağız-ağıza yatar". Çünki, onlar bir-birilərini yeməkdən qorxurlar. Mən də hər zaman müxalifəti bu cür görmüşəm. Axı ölü doğulanlardan başqa nə gözləmək olar?".

Zahid Qaralov "Milli Şura"nın öz təbliğatını hakimiyyəti tənqid və təhqir etmək üzərində qurmasına, eləcə də öz platformalarını cəmiyyətə gizli saxlaması məsələsinə də aydınlıq gətirib: "Gərək müxalifətin seçki platforması olsun ki, onu da ortaya çıxarsınlar. Gizli platforma ilə açıq səsverməyə, əhalinin gözünün içinə baxmağa heç kəsin haqqı yoxdur. Niyə Azərbaycan hakimiyyətinin platforması hamıya bəllidir, amma müxalifətin yox? Əgər onların "Milli Şura"ya sədr seçdikləri insan Rüstəm İbrahimbəyov qaçıb gedibsə, burada hansı platformadan söhbət açıla bilər? Onların əsas məqsədi kiməsə şər, böhtan atmaqdır. Guya onlar hakimiyyətə gələcəkləri təqdirdə ədalətli cəmiyyət quracaqlar. Həmin insanlar hələ də bir şeyi dərk etmirlər ki, bu ədalətli cəmiyyəti Ümummilli lider Heydər Əliyev artıq qurub və ədalətsiz olanlar da oradan uzaqlaşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə