"Seçki prosesi başlayandan Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir şikayət daxil olmayıb". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.
O bildirib ki, bu, prosesin rəvan getməsi, yaradılan şəraitin yüksək olması ilə bağlıdır: "Əlbəttə, bəzi şikayətlər daxil olur. Amma həmin şikayətlərin əsasları ilə bağlı inamla danışmaq olmur. İndiyədək nə namizədliyin irəli sürülməsi, nə namizədlərin qeydə alınması, nə də təşviqat mərhələsindən hələ ki, MSK-ya rəsmi şəkildə bu və ya digər pozuntunun olması ilə bağlı heç bir şikayət daxil olmayıb".
Natiq Məmmədov həmçinin seçki təşviqatına qoşulmaqla bağlı MSK-nı məlumatlandırmayan KİV orqanlarının bu prosesdə iştirak etməsinə də aydınlıq gətirib: "Bu cür faktlarla bağlı məlumat yoxdur. Lakin bir fikri diqqətinizə çatdırmaq istəyirəm ki, istər KİV, istər internet resursları, istərsə də digər vasitələr olsun, yəni istənilən fəaliyyətin məqsədi olduğu kimi, təşviqatın da özünəməxsus məqsədi var. Təşviqat seçicini kiminsə seçiminə inandırmaqdan ibarətdir. Əgər həmin təşviqat kiminsə xeyrinə bildirilirsə, ilk növbədə fəaliyyətin qanunauyğunluğu həmin şəxsin özünü narahat etməlidir. Bu cür faktlar bizi və sizi narahat etməməlidir. Əgər bu qanunsuz edilirsə, həmin şəxs narahat olmalıdır.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB