Amil Cavadov: “Bizim seçimimiz dediyi sözləri əməli ilə gerçəkləşdirən İlham Əliyevdir!” AÇIQLAMA
"Respublikamızın bütün rayonlarında olduğu kimi, Ağdam rayonunda da təbliğat-təşviqat kampaniyasına uğurla başlanılıb, rayon sakinləri və ən əsası da gənclərimiz kampaniya çərçivəsində öz fəallıqlarını artıraraq, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin şəkillərini müəyyən edilmiş yerlərə yapışdırıblar. Həmçinin dünəndən etibarən rayonumuzda seçicilərlə görüşlər keçirilib. Çox sevindiricidir ki, bu görüşlərdə Ağdamlılar birmənalı olaraq qarşıdan gələn seçkidə səslərini YAP-ın namizədinə verəcəklərini bəyən edirlər. Bu da bizə onu deməyə əsas verir ki, hakim partiyanın namizədi İlham Əliyev xalqın seçdiyi, xalqın güvəndiyi liderdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov hakim partiyanın namizədi İlham Əliyevin 10 illik fəaliyyətinə münasibət bildirərkən deyib.
"Əgər biz son 10 ilə nəzər yetirsək görərik ki, İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrində dinamik inkişaf mövcuddur: "İqtisadiyyatımızın 3 dəfədən çox artması, ölkədə yoxsulluğun, işsizliyin minumuma endirilməsi, infilyasiyanın bir rəqəmli olması, əhalinin gəlirlərinin, əməkhaqlarının, müavinətlərin dəfələrlə çoxalması, məhz İlham Əliyevin düşünülmüş siyasətinin ən uğurlu göstəriciləridir. Eyni zamanda ötən illər ərzində dövlət büdcəsinin dəfələrlə artması, həyata keçirilən inkişaf proqramları ölkə əhalisinin sosial rifahına, yaşayışına öz müsbət təsirini göstərib" - deyə, Amil Cavadov sözlərinə əlavə edib.
Amil Cavadov dövlət başçısının qaçqın və məcburi köçkünlərə göstərmiş olduğu diqqəti xüsusilə vurğulayıb: "10 il ərzində 61 yeni qəsəbənin salınması, məcburi köçkünlər arasında yoxsulluq həddinin 75 faizdən 15 faizədək azalması, köçkün ailələrindən olan tələbələrin təhsil haqqından azad edilməsi bizlərə olan qayğısının göstəricisidir. Bilirsiniz ki, Ağdam rayonunun 70 faizdən artıq ərazisi düşmən tapdağı altındadır. Canımız və qanımız bahasına qoruyub saxladığımız 30 faizə qədər ərazidə 90 mindən artıq əhali yaşayır. İlham Əliyevin Ağdama, Ağdamlılara göstərdiyi diqqət nəticəsində rayon ərazisində müasir infrastruktura malik 17 qəsəbə salınıb, 3 il ərzində 20 mindən artıq Ağdamlı öz doğma rayonuna qayıdıb və hal-hazırda da burada yaşayırlar. Bu insanlar yaradılan şəraitə, göstərilən diqqətə görə, hər zaman dövlət başçısının yanında olduqlarını bildiriblər. Beləcə, 9 oktyabrdakı prezident seçkilərində Ağdamlılar İlham Əliyevə səslərini verməklə bir daha onun yanında olduqlarını sübut etmiş olacaqlar. Bizim seçimimiz yalnız xalqın etimadını doğruldan, dediyi sözləri əməli ilə gerçəkləşdirən İlham Əliyevdir!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB