MSK-nın sədr müavini: “Seçki təşkilatçıları seçicilərin seçim, namizədlərin isə seçilmək hüququna xələl gətirməməlidirlər”
"Seçkilərin təşkilatçıları nə qədər maarifli olsalar, onlar seçkilərin peşəkar qiymətləndirilməsi üçün lazımı şərtləri təmin etmiş olarlar. Buna görə də Mərkəzi Seçki Komissiyası seçkilərə bu və ya digər şəkildə aidiyyatı olan qurumlarla maarifləndirmə proqramları həyata keçirir. Həmçinin penitensiar müəssisələrdə də seçkilərin təşkili ilə bağlı daim Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edirik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov deyib.
Onun sözlərinə görə, MSK bu il maarifləndirmə müstəvisində irəliyə doğru müəyyən addımlar atıb ki, belə maarifləndirmə tədbirləri ancaq seçkilərin keyfiyyətli şəkildə keçirilməsinə fayda verə bilər: "Seçkilərin arzuladığımız şəkildə keçirilməsi üçün bir sıra subyektlər var ki, onların bu məsələlərdə maarifli olması çox vacibdir".
N.Məmmədov bildirib ki, ümumi məntəqələrdən fərqli olaraq, penitensiar müəssisələrdə yaradılan məntəqələrdə zəruri nəzərə alınmalı qaydalar mövcuddur: "Bunlar təhlükəsizlik, müxtəlif rejimlərdə saxlanılan şəxslərlə bağlı məqamlara xüsusi diqqətin yetirilməsi və ən əsası bu prosesin aşkar keçirilməsidir. Seçki təşkilatçıları seçicilərin seçim, o cümlədən də seçilmək haqqı olan namizədlərin hüquqlarına xələl gətirməməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB