Vilnüsdə Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək
Sentyabrın 18-də Litva Seymində Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək. Bu barədə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov məlumat verib. SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə parlamentləri arasındakı münasibətlər müzakirə olunacaq.
Azərbaycan Milli Məclisinin deputatları səfər çərçivəsində Litva parlament sədrinin müavini Algirdas Sisas, Seymin xarici əlaqələr komitəsinin sədri Benediktas Yoda və Litva xarici işlər nazirinin müavini Andryus Krivas ilə də görüşəcəklər.
Qeyd edək ki, Vilnüsdə keçiriləcək müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rasim Müsabəyov iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB