"Azərbaycan Respublikası Prezidentinin seçkilərinin pentensiar müəsisələrdə təşkili məsələləri" seminar-müşavirə
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin pentensiar müəsisələrdə təşkili məsələləri" mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ədliyyə nazirinin müavini Azər Cəfərov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov, MSK sədrinin müavini Natiq Məmmədov, MSK-nın katibi Arifə Muxtarova və digər şəxslər iştirak edib.
Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib ki, artıq pentensiar müəssisələrdə səsvermənin keçirilməsi üçün seçki məntəqələri yaradılıb. Həmin gün cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edə biləcəklər.
MSK sədrinin müavini Natiq Məmmədov isə vurğulayıb ki, Azərbaycanda seçkilərin keçirilməsi nəinki beynəlxalq standartlara cavab verir, eyni zamanda beynəlxalq standartları formalaşdırır.
Daha sonra tədbir müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB