YAP Hacıqabul rayon təşkilatı təbliğat kampaniyasına start verdi
YAP Hacıqabul rayon təşkilatı təbliğat kampaniyasına start verib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün respublikamızın ərazisində seçki qanunvericiliyinə uyğun olaraq namizədlərin təbliğat kampaniyasına start verilib. Bu münasibətlə Hacıqabul rayonunda YAP-ın namizədi İlham Əliyevin təbliğatı üçün açıq havada seçicilərlə "İlhamla İrəli" devzi altında görüş keçirilib.
YAP Hacıqabul rayon təşkilatının təşkil etdiyi görüşdə millət vəkili Rəfael Hüseynov və Tibb Universitetinin kafedira müdiri, professor İbadulla Ağayev iştirak edib. Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov çıxış edərək qonaqları rayon sakinlərinə təqdim edib. H.Bəşirov YAP-ın namizədi, prezident İlham Əliyevin 10 illik fəaliyyəti barədə qısaca olaraq məlumat verərək ölkəmizin inkişafını, tərəqqisini Hacıqabulun simasında göründüyünü diqqətə çatdırıb.
Görüşdə millət vəkili Rəfael Hüseynov sakinlərə rəğmən çıxış edərək bildirib ki, sizlər bu gün sadə insanlar deyilsiniz. Sizlər bu gün tarixi simalarsınız. Sizlər Azərbaycanın tarixi hadisəsində iştirak edərək gələcəy taleyimizə imza atacaqsınız. Qarşıdan gələn prezident seçkisində əziz hacıqabulular, əminəm ki, hər zaman olduğu kimi bu dəfədə fəal olacaqsınız. Sizlər gələn 5 ildə özünüzün, yaxınlarınızın, Azərbaycanın müstəqilliyinin, istiqlalının təminatını İlham Əliyevə etibar edəcəksiniz. Buna sizin mənəvi haqqınız çatır. Çünki İlham Əliyevin 10 illik prezidentlik dövrü bütovlükdə Azərbaycanıın qüdrətli dövlət olmasına, çiçəklənməsinə xidmət edib. Bu inkişafı siz Hacıqabullular doğma rayonunuzun timsalında, öz həyatınızda baş verən dəyişikliklərdə görmüsünüz. Ona görədə mən sizləri 9 oktyabrda xoşbəxt gələcəyimizin təminatçısı İlham Əliyevə səs verməyə çağırıram və indidən qazanacağınız qələbə münasibəti ilə sizləri təbrik edirəm.
Sonra görüşdə çıxış edən Tibb Universitetinin kafedira müdiri, professor İbadulla Ağayev həmyerlilərinə İlham Əliyevin 10 illik fəaliyyəti barədə danışaraq bildirib ki, mübağiləsiz, müqayisəsiz bu gün Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu gün İlham Əliyevin yürütdüyü siyasət xalqın xoşbəxt yaşamasına yönəlib. Ona görədə 9 oktyabrda yalnız İlham Əliyevə səs verərək onun bir daha alternativinin olmadığını dəyərləndirəcəyik, deyə İ.Ağayev bildirib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB