Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında hakim partiyanın Sədr müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, jurnalistlərin də qatıldığı mətbuat konfransında Prezident seçkiləri ilə bağlı məsələlərdən, təbliğat-təşviqat kampaniyasından söhbət açılıb. Diqqətə çatdırılıb ki, bu gündən etibarən artıq Prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına start verilib və bu işlər oktyabrın 8-dək davam edəcək.
Ə.Əhmədov deyib ki, hakim partiyanın seçkilərdə əsas resurslarından biri İlham Əliyevə dərin inam və etimaddır: "Ölkəmiz 10 il ərzində sürətlə inkişaf edib. Azərbaycanın bütün bölgələrinin siması yenilənib və bu proses uğurlu şəkildə davam etdirilir. Azərbaycan xalqı birmənalı şəkildə hakim partiyanın namizədi Prezident İlham Əliyevi dəstəkləyir və onu növbəti 5 ildə də Prezident kimi görmək istəyir. Ümumilli lider Heydər Əliyevin apardığı siyasi kursun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda 10 il ərzində əzəmətli inkişafa nail olunub. Hazırda Azərbaycan vətəndaşları bu inkişafın faydasını görür. Biz müəyyənləşdirilmiş hədəflərimizi daha da inkişaf etdirmək niyyətindəyik".
YAP-ın Sədr müavini bildirib ki, artıq səhər saatlarından etibarən hakim partiyanın namizədi İlham Əliyevin şəkilləri YAP-ın fəal gəncləri tərəfindən müəyyən olunmuş yerlərə yapışdırılıb: "Bu bir daha ölkə gənclərinin hakim partiyanın namizədinə olan dərin hörmətindən və inamından irəli gəlir. Bildiyiniz kimi, artıq Mərkəzi Seçki Komissiyası tərəfindən 9 oktyabr 2013-cü il tarixində keçiriləcək Prezident seçkilərində 10 nəfərin namizədliyi qeydə alınıb. Biz bütün namizədlərə hörmətlə yanaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB