Bəlli olduğu kimi, ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib. Təşviqat kampaniyasının əsas məqsədi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin bu seçkilərdə də gözlənilən qələbəsini təmin etməkdir. Söz yox ki, xalq-dövlət və dövlət-xalq vəhdəti vətəndaşların sosial rifahını günü-gündən yüksəldən dövlət başçısının növbəti qələbəsini şərtləndirən mühüm faktorlardandır.
Digər rayonlarda olduğu kimi, YAP Qax rayon təşkilatında da uğurlu təşviqat kompaniyasına start verilib. 9 oktyabr 2013-cü il Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qax rayonu üzrə Seçki Qərərgahı bu gün təşviqat işlərinə start verib. Belə ki, Qax rayonu üzrə 112 saylı Qax seçki dairəsini 57 seçki məntəqəsi əhatə edir. Rayonda YAP-ın prezidentliyə namizədinin təşbliğat-təşviqat plakatlarının yerləşdirilməsi kampaniyasına 21 qrup cəlb olunub.
Hər qrupda 5 nəfərdən ibarət gənc partiya fəalları təmsil olunmaqla cəmi 105 nəfər bu kompaniyada iştirak edib. Təşviqat kompaniyasının ilk gününü Qax rayonu üzrə Seçki Qərargahı uğurla başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB