“Mənim Prezidentim”-ə SUAL

"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun həyata keçirdiyi kampaniya çərçivəsində "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu və "Park Bulvar" AVM-nin facebook səhifəsinin (fb.com/mypresident.az və fb.com/parkbulvar.az) istifadəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına sual ünvanlayıblar. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, gənclər 12 sentyabr 2013-cü il tarixində "Park Bulvar" AVM-də "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu üçün ayrılan xüsusi yerlərdə qurulan qutulara cənab Prezidentə hazırladığı sualları yazaraq yerləşdiriblər. Bu müddət ərzində "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun üzvləri Təşəbbüs Qrupunun fəaliyyəti haqqında geniş məlumat veriblər.

Bildirək ki, "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 9 sentyabr 2013-cü il tarixindən "Park Bulvar" AVM-də "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu həftəsi start götürüb. Kampaniya müddətində bir sıra aksiyaların həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sualların cavablarını almaq və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək eyni zamanda Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə