Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq 11 sentyabr 2013-cü il tarixli iclasın protokolu təsdiqlənib.
Sonra Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
MSK-nın işçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, İ.İsmayılov MSK-ya 42 950 imza təqdim edib ki, onlardan 40 160-ı etibarlı hesab edilib.
MSK-nın katibi Arifə Muxtarova isə bildirib ki, namizədliyi irəli sürülən Ədalət Partiyasının sədri İlyas İsmayılovun MSK-ya təqdim etdiyi sənədlər yoxlanılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olduğu müəyyən edilib və namizədliyi qeydə alıb.
Daha sonra Azadlıq Partiyasının sədrinin Əhməd Orucun prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
MSK-nın İşçi qrupun rəhbəri İlham Məmmədov məlumat verərək deyib ki, Əhməd Oruc MSK-ya 43 413 imza təqdim edib, onlardan 7 578-i etibarsız hesab olunub. Buna görə də onun imza vərəqələrinin yoxlanılması dayandırılıb. MSK açıq səsvermə yolu ilə Ə. Orucun namizədliyini qeydə almayıb.
Daha sonra "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin prezidentliyə namizədliyi məsələsinə baxılıb. Sonra MSK açıq səsvermə yolu ilə C.Həsənlinin prezidentliyə namizədliyini qeydə alıb.
Qeyd edək ki, artıq MSK tərəfindən Prezident İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Milli Məclisin deputatı Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin, Cəmil Həsənlinin, Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini qeydə alıb.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB