"Demokratik seçki keçirilməsi üçün xalqın iradəsi mövcuddur"

Bunu ATƏT-in hesabatı da təsdiqləyir

Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq təşkilatların diqqəti daha çox artıb. Ölkəmizdə mövcud olan demokratik şərait onu deməyə əsas verir ki, prezident xalqın iradəsi ilə seçiləcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda demokratik seçki mühitinin formalaşdığını bəyan edib. Sözgügedən Avropa qurumunun bu bəyanatı özündə həqiqəti əks etdirir.

Millət vəkili Aydın Mirzəzadə:

- Hazırki seçkiqabağı mühit bütün beynəlxalq təşkilatların diqqətini ölkəmizə daha çox çəkməkdədir. Şübhəsiz ki, Azərbaycanda hər zaman olduğu kimi bu gün də demokratik şərait mövcuddur. Mövcud olan bu demokratik şəraiti beynəlxalq aləm görməyə bilməz. Bu şəraiti görənlər sırasında olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da tam dəqiq bir hesabat yayıb. Bu hesabat Azərbaycanı sevməyən bəzi qərəzli mövqedə dayanıb, bəyanatlar yayanlara çox tutarlı bir cavabdır. Bir daha qeyd edim ki, xalqımız 9 oktyabrda keçiriləcək demokratik şəffaf bir seçkidə öz prezidentini seçəcək.

Millət vəkili Çingiz Qənizadə:

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun bu cür hesabatı təbii ki, sevindiricidir. Çünki onlar doğru hesabat yayıblar. Ona görə ki, ölkəmizdə tam demokratik şərait mövcuddur və seçkilərdə bu demokratik şəraitdə keçiriləcək. Azərbaycanın prezidentini Azərbaycan xalqı seçəcək. Xalq yaradılmış demokratik, şəffaf şəraitdən istifadə edib ölkəsi üçün prezident seçəcək. Azərbaycanda hər zaman demokratik şərait mövcud olub və bu gün də bu şərait davam edir. Hesabat bəzi qərəzli hesabatlara qarşı çox əla, tutarlı cavabdır.

Millət vəkili Əli Məsimli:

- Əlbəttə verilən bəyanat həqiqəti özündə əks etdirir. Bu bəyanat təbii ki, bəzi qərəzli bəyanatlara tutarlı cavabdır. Ölkəmizdə seçkilər ədalətlə, şəffaf keçirilir. Buna heç kimin şübhəsi yoxdur. Bütün dünyada bunu yaxşı bilir və öz bəyanatlarında doğru qeyd edirlər. Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun belə bir hesabat yayması ölkəmizdə olan demokratik şəraitin bir daha təstiqi deməkdir. Bir daha qeyd edim ki, bu hesabat çox gözəl hesabatdır və qərəzli hesabatlara çox yaşxı və tutarlı cavabdır.

Politoloq Elçin Mirzəbəyli:

- Beynəlxalq ekspertlər Azərbaycanın nəinki regionda bütövlükdə dünyada oynadığı rolu kifayət qədər yüksək qiymətləndirirlər. Bütün dünya ekspertləri bilirlər ki, Azərbaycan höküməti azad və ədalətli, eləcə də şəffaf seçkilər keçirtməyə qadirdir. Bu hesabatdakı fikirlər təmamilə obyektivdir. Hal-hazırdakı seçki mühütü özü buna bir sübutdur. Düşünürəm ki, bəzi beynəlxalq təşkilatlar belə obyektiv hesabatlardan özlərinə bir örnək götürməlidirlər. Dövlətimizə qarşı qərəzli siyasətdən əl çəkib, reallıqları görüb və dərc etsinlər.

Politoloq onu da qeyd edib ki, ümumiyyətlə qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumlar da dövlətimizin apardığı siyasəti, ölkədəki dini tolerantlğı, dövlətlərarası münasibəti dəstəkləyəcək və eyni zamanda ondan örnək götürəcək.

İntizarə Məmmədova

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə