"Öz maraqlarını təmin etmək üçün Azərbaycana təyziq göstərməyə çalışırlar" MÜNASİBƏT

"Öz maraqlarını təmin etmək üçün Azərbaycana təyziq göstərməyə çalışırlar" MÜNASİBƏT

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlara cavab olacaq "Azərbaycan Respublikası: müsbət idarəçilik modeli" sərlövhəli təhlili yazı hazırlanıb və həmin material qurumun saytında yerləşdirib.

"Avropada fəaliyyət göstərən təşkilatın məsələyə bu cür yanaşmasını alqışlamaq lazımdır. Bu Azərbaycan realığını əks etdirən, qarşıdan gələn prezident seçkilərinin ədalətli, şəffaf, azad və demokratik keçirilməsində Azərbaycan xalqının iradəsinin ortada olduğunu etiva edən bir yanaşmadır". Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mövcud yazıya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda cərəyan edən prosesləri izləyən və obyektiv mövqe nümayiş etdirən beynəlxalq təşkilat, məhz bu ölkədə seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsinə hər hansı şübhə ilə yanaşa bilməz: "Təşkilatın nizamnaməsində ədalət prinsipi varsa, onlar da bu fikirləri birmənalı şəkildə təsdiq etməlidirlər. Azərbaycanda demokratik cəmiyyətin yaranması və formalaşması, demokratik islahatların aparılması bu günün reallığıdır. Bir çox ölkələr, beynəlxalq təşkilatlar və siyasətçilər Azərbaycanda baş verən proseslərə obyektiv yanaşır, əldə olunmuş uğurları müsbət dəyərləndirir, onun atdığı addımların ciddi xarakter daşıdığını etiraf edirlər. Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək cəsarətini özündə tapa bilməyən beynəlxalq təşkilatların reallığa müxtəlif aspektlərdən yanaşması başa düşüləndir. Bu təşkilatlar öz maraqlarını təmin etmək üçün davamlı olaraq demokratiya və insan haqları kimi anlayışlardan istifadə edib, Azərbaycana təyziq göstərməyə çalışırlar. Lakin özlərində baş verən hadisələrin mahiyyətinə varmırlar. Məsələn, Norveçdə kütləvi insan ölümü ilə nəticələnən hadisəyə çox cüzi diqqət yetirildi. Bundan başqa istisadi böhranla əlaqədar əhalinin dinc şəkildə öz fikirlərini ifadə etməsinin qarşısı gözyaşardıcı qazdan istifadə olunmaqla və su şırnaqları vasitəsilə alındı. Amma bu qəddarlığa beynəlxalq təşkilatlar münasibət bildirmədilər. Əksinə, onlara maliyyə yardımı ayrıldı, Azərbaycana qarşı isə sərt bəyanatlar səsləndirilir. Hesab edirəm ki, Azərbaycanın getdikcə artmaqda olan nüfuzu beynəlxalq aləmdə onun tərəfdarlarının sayını çoxaldacaq və bu, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə, beynəlxalq aləmə çatdırılmasına müsbət istiqamətdə təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə