Politoloq: “Yeni həmsədr Ermənistanı yola gətirməyə çalışmalıdır” MÜNASİBƏT
"ABŞ prezidenti Barak Obama yeni həmsədri həm zəngin təcrübəyə malik, həm də situatsiyalarda çevik manevr etməyi bacaran bir şəxs kimi təqdim edir". Bu fikriləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Minsk qrupunun yeni həmsədrinin təyinatı ilə bağlı ABŞ prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktuba münasibət bildirərkən deyib.
O bildirib ki, ABŞ prezidentinin ölkə başçısına ünvanladığı məktub eyni zamanda tərəfləri Minsk Qrupunun prinsipləri zəminində güzəştə getməyə çağırır: "Düzdür, Barak Obama həmsədr göndərərkən birinci dəfədir ki, Azərbaycana Prezidentinə müraciət edir. Lakin müraciətdə daha çox razılığa meyl etmək və dil tapmaq mövzusunda danışılır. Halbuki, Obama və onun hökuməti yaxşı bilməlidir ki, bu gün təlqinə, kompromisə dəvət edilməyə daha çox ehtiyacı olan Ermənistandır. Çünki təcavüzkar dövlət odur. Barak Obama, onun göndərdiyi həmsədr və yaxud da digər dövlətlər çalışmalıdırlar ki, Ermənistanı yola gətirsin, düşmən dövləti konstruktiv addım atmağa məcbur etsinlər".
Yeni həmsədrin regiona səfərinin Dağlıq Qarabağ probleminin həllindəki roluna gəldikdə, politoloq bildirib ki, bu, işə hər hansı bir təkan verə bilər: "Əgər yeni həmsədr Fransa və Rusiya həmsədrlərindən fərqli iş sistemi ortaya qoyacaqsa, o zaman biz onu alqışlayacağıq. Yeni həmsədrin məsələlərin hamısını bacaracağına mənim inamım yoxdur. Əgər yeni həmsədrin fəaliyyəti zamanı köhnə standartlar olacaqsa, yeni yanaşma tərzləri tətbiq edilməyəcəksə, xüsusən də təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoyulmadan hər ikisindən də güzəşt tələb ediləcəksə, bu, məsələnin həllinə gətirib çıxarmayacaq. Obamanın regionda sülh yaratmaq arzusunu başa düşmək olar. Amma yanaşmanın hələ də qüsurlu olduğunu qeyd etməyə məcburam. ABŞ-ın mövqeyi Rusiyanın mövqeyi kimi deyil. Onlar Rusiyaya nisbətən məsələyə fərqli yanaşırlar, lakin bu yanaşma tam obyektiv yanaşma deyil. Bu səbəbdən də Minsk qrupunun işi hələ də alınmır".
Politoloq həmçinin yeni həmsədrlərin vəzifəyə təyin olunmamışdan əvvəl Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlarının olub-olmaması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, qanunla bütün həmsədrlər ölkəyə təyin olunmamışdan əvvəl oradakı məsələnin anatomiyasını dərindən öyrənməlidirlər: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Amerika və Fransa həmsədrləri daha geniş bilgilərə malik olmalıdırlar. Çünki Rusiya indiyə qədər yaşananların içərisində olub. Düzdür, onlar Azərbaycana təyin olunduqda, bununla bağlı məlumat alırlar. Amma bu, kifayət deyil. Həmsədrlər hər şeyi ölkələrindən aldıqları təlimatlar çərçivəsində həyata keçirirlər. Amma həmsədrlər eyni zamanda münaqişə ilə bağlı bölgələrinə məlumat verib vəziyyətin dəyişməsi istiqamətində cəhd göstərə bilərlər. Hərhalda həmsədrlər yerdəki vəziyyəti olduğu kimi öz ölkələrinə çatdırmağa borcludurlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB