"Artıq Azərbaycanda seçki mədəniyyəti formalaşıb. 90-cı illərin əvvəllərindən fərqli olaraq, vətəndaşlara seçki prosesi ilə bağlı təbliğata ehtiyac yoxdur". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev deyib.
Onun sözlərinə görə, seçicilər artıq reallıqları dərk edir və hansı seçimi edəcəklərini, kimin arxasınca getmək lazım olduğunu yaxşı bilirlər: "Azərbaycan vətəndaşları seçkilərdə aktiv olma mədəniyyətinə sahibdirlər. İnanıram ki, seçki günü Quba rayonu ərazisində də seçici aktivliyi müşahidə ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB