Mais Səfərli: ““Milli Şura”da çox ciddi çatlar baş verib”

Mais Səfərli: ““Milli Şura”da çox ciddi çatlar baş verib”

"Milli Şura"da çox ciddi çatlar baş verib. Eyni zamanda bu qurumda cəmləşən partiyalar, sturukturlar, ayrı-ayrı şəxslər başa düşürlər ki, adıçəkilən qurumun heç bir prespektivi yoxdur". Bu fikirləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli son günlər "Milli Şura" adlı qurumun daxilində baş verən prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qurumda təmsil olunan partiyalar seçkidən sonra öz aralarında ciddi mübahisələr, qarşıdurmalar yaşayacaqlar: ""Milli Şura"nın heç bir prespektivi yoxdur və cəmiyyət tərəfindən də dəstəklənmir. Onların seçkini uduzacaqları da indidən bəllidir. Artıq onların bəzi üzvləri bu qurumun iclaslarına qatılmır, hətta boykot edirlər. Bu qurumu formalaşdıran partiyalar arasında heç vaxt mehriban münasibətlər olmayıb. Çünki hər zaman bir-birləri ilə kəskin rəqabət aparırlar. Bəzən də bu rəqabət etik normalardan kənara çıxır".

Mais Səfərli "Milli Şura"nın London "səfəri"nə münasibət bildirərkən deyib ki, artıq beynəlxalq təşkilatlar da anlayır ki, müxalifətin yaratdığı bu qurumun Azərbaycan cəmiyyətində heç bir çəkisi yoxdur: "Bu qurum cəmiyyət tərəfindən dəstəklənmir. Artıq onlara qarşı beynəlxalq təşkilatların diqqətsizliyi açıq şəkildə özünü büruzə verir".

Bütün xəbərlər Facebook səhifəmizdə