Latviyanın sabiq prezidenti: “Münaqişənin həlli yolu var”

Latviyanın sabiq prezidenti: “Münaqişənin həlli yolu var”

"Azərbaycan həmişə Latviyanın etibarlı dostu olub. Latviya və Azərbaycanın rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirir". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Latviyanın keçmiş prezidenti Vayra Vike Freyberqa verib. Sabiq prezident bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün gözəl perspektivlər var.

Açıqlaması zamanı regionda mövcud olan münaqişələrdən və onlar həlli məsələsinə də toxunan Latviyanın eks-prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bugünkü görüşün əsas mövzularındandır.

"Münaqişələr cəmiyyətlər üçün böyük əziyyətdir. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyini bərpa etmək şansı yoxdur, amma bu, baş verdi. SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhədi olmayan yerdə sərhədlər yarandı. Dağlıq Qarabağ münaqişəsini o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirdiklərini anlayacaqlar. Münaqişənin həlli yolu var və bu konflikt sülh yolu ilə çözülməlidir. Bu üsul dünyanın bir çox yerlərində istifadə olunub və burada da tətbiq oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə