Bu gün G20 sammiti başlayır

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində G20 sammitinə start verilir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, sammitdə iqtisadi məsələlərlə yanaşı, Suriyadakı mövcud vəziyyət də müzakirə ediləcək.

Toplantı iki gün davam edəcək. Sammitdə işsizliklə mübarizə üsulları və dünyada iqtisadi inkişafı sürətləndirmənin yolları müzakirə olunacaq.

Xatırladaq ki, Böyük 20-liyə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Koreya respublikası, Yaponiya, eləcə də Avropa Birliyi daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə