Qabil Hüseynli: “Vladimir Putin tərəzinin gözünü Azərbaycan tərəfə əyir” MÜNASİBƏT

Qabil Hüseynli: “Vladimir Putin tərəzinin gözünü Azərbaycan tərəfə əyir” MÜNASİBƏT

"Rusiya və Ermənistan prezidentlərinin görüşü işğalçı ölkəni sakitləşdirmək məqsədi daşıyır". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli ötən gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında Moskvada təşkil olunan görüşə münasibət bildirərkən deyib.

O bildirib ki, silah satışında embarqonun götürülməsi erməniləri çox narahat edib: "Onlar hesab edirdilər ki, Vladimir Putin tərəzinin gözünü Azərbaycan tərəfə əyir. Həmin görüşdə Ermənistan tərəfnə əsas məsələnin nə yerdə olduğu başa salındı".

Onun sözlərinə iki ölkə arasında keçirilən görüş Ermənistanda yaranan anti-Rusiya əhvalını aradan qaldıracaq: "Görüşün nəticəsində düşmən ölkədə yaranan anti- Rusiya əhvalı mümkün qədər aradan qalxacaq. Beləcə, Rusiya-Ermənistan strateji əməkdaşlığı daha da genişləndiriləcək və iki ölkə arasında yeni əməkdaşlıq formalaşacaq".

Politoloq görüş zamanı prezidentlərin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında apardıqları müzakirələrə də toxunub: "Əsas məsələ ondan ibarətdir ki, bu kimi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqi normalara uyğun həll olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə