"Bu müzakirə Dağlıq Qarabağ münaqişəsinin həllinə zəmin yaratmayacaq" Münasibət
"Serj Sarkisyanın özü də etiraf edir ki, Ermənistan Rusiyanın Qafqaz regionundakı for-postudur. Belə olan halda Ermənistan prezidentinin hər hansı bir dövlət başçısı, eləcə də Rusiya prezidenti Vladimir Putinlə görüşünün yalnız innikasiya əhəmiyyəti var". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bu gün Moskvada baş tutacağı nəzərdə tutulan Rusiya prezidenti Vladimir Putinlə, Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil və öz siyasətini apara bilmir: "Bununla yanaşı, Ermənistanın iqtisadiyyatı da yox səviyyəsindədir. Xalq demokratik və sərbəst şəkildə öz prezidentini seçməyib. Prezident də xalq tərəfindən seçilmədiyinə görə, onu seçən qüvvələrin çaldığı hava ilə oynamağa məhkumdur. Ermənistanın heç bir sabahı və gələcək perspektivi yoxdur".
M. Quliyev onu da qeyd edib ki, bu görüş sadəcə həmin ölkənin qara kütləsinin gözünü bağlamaq üçün atılmış addımdır: "Digər tərəfdən, Ermənistanın Gömrük İttifaqına daxil olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bütün bunlara baxmayaraq, Ermənistanın bu ittifaqa daxil olması Rusiyanın istəyindən asılıdır. Çünki Ermənistanın özünün iqtisadiyyatı, ticarət dövriyyəsi, ittifaqa satacaq heç nəyi yoxdur. Buna görə də Sarkisyanın hər hansı dövlət başçısı ilə görüşməyinin də heç bir əhəmiyyəti yoxdur. Görüşün müzakirə olunan mövzuları arasında Dağlıq Qarabağ məsələsi də yer ala bilər. Lakin bu müzakirə Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşmasına zəmin yaratmayacaq. Bir sözlə, Ermənistan özünün nə xarici, nə də daxili siyasətində müstəqil qərar qəbul etmək iqtidarında olan dövlət deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB