Mövqelərimiz atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıloba və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə nazirliyindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə