Erməni silahlı bölmələri atəşkəsi pozub

Erməni silahlı bölmələri atəşkəsi pozub

Cəbhə xəttinin bir neçə istiqamətində mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə