Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq 29 avqust 2013-cü il tarixli iclasın protokolu təsdiqlənib.
Sonra öz təşəbbüsləri ilə Azərbaycan Respublikası Prezidentliyinə namizədliklərini irəli sürən Rauf Zakir oğlu Quliyev və Hidayət Əşrəf oğlu Rüstəmbəylinin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, namizədliyinin təsdiq olunması ilə bağlı hər iki namizədin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu qənaətinə gəlinib.
Qərar açıq səsvermə ilə təsdiq olunub.
Sonra namizədliyi təsdiq olunan Zakir Quliyevin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Gündəlikdə duran digər məsələ Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyinin təsdiq olunması məsələsinə baxılıb. Qərar açıq səsvermə ilə təsdiq olunub.
Bundan sonra Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Sonra prezidentliyə namizədliyi təsdiq olunmuş Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri qeydə alınıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu günə kimi Azərbaycanda prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 785 müraciət daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB