Bu ilin dekabrnda "Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclası keçiriləcək

Bu ilin dekabrnda "Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclası keçiriləcək

"Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclası hər il keçirilir. Bu ilin dekabrnda Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi şurasının iclasının keçirilməsi planlaşdırılır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, iclas Azərbaycanda keçiriləcək və iki ölkənin hərbi sahədəki əlaqələri müzakirə olunacaq.

Azərbaycan və Türkiyə arasında ortaq ordu yaradılması ilə bağlı məsələyə toxunan səfir deyib ki, iki ölkə arasında bir çox sahələrdə ortaqlıq var. "Azərbaycanın və Türkiyənin öz orduları var. Onların arasında çox yaxşı anlaşma, əlaqə var. Buna görə də bu cür fikir artıq ortada yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə