Səfir Elnur Sultanov: “Azərbaycanla Braziliya arasında qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir”
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Brazilia Ali Təhsil İnstitutunda (İESB) "Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin dinamikası və perspektivləri" mövzusunda çıxış edib. Xarici İşlər Nazirliyini mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir çıxışında Azərbaycanın tarixi, xarici siyasəti, iqtisadi inkişafı, mədəniyyəti, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin regional və beynəlxalq müstəvidə oynadığı rol və s. məsələlər haqqında məlumat verib.
Bu il Azərbaycan-Braziliya diplomatik əlaqələrinin 20 illiyinin tamam olduğunu vurğulayan səfir Elnur Sultanov iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini auditoriyanın diqqətinə çatdırmış və bir çox sahələrdə gələcək əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Sonra universitetin rektoru Eda Kutinyo çıxış edərək Braziliya-Azərbaycan münasibətlərinin əhəmiyyətindən danışmış və iki ölkənin ali təhsil ocaqları arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının, tələbə mübadiləsinin vacibliyindən bəhs edib.
Səfir Elnur Sultanov müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Səfirlik tərəfindən İnstituta Azərbaycan xalçası, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişafı haqqında materiallar hədiyyə edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB