Elmar Məmmədyarov: "ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan lazımı şəraiti yaradıb”

Elmar Məmmədyarov: "ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan lazımı şəraiti yaradıb”

Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.

Nazir Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını və ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirib.

Xanım Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə