Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

Daha bir nəfər prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycan Demokrat Pakrtiyasının sədri Sərdar Cəlaloğlu prezidentliyə namizədliyini təsdiq olunması üçün sənədlərini MSK-ya təqdim edib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının növbəti iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, namizədin yaxın vaxtlarda sənədlərinə baxılacaq və qərar veriləcək.

O vurğulayıb ki, bununla da prezidentliyə namizədliyinin verilməsi üçün 22 nəfər MSK-ya sənədlərini təqdim edib və onlardan 18-nin namizədliyi təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə