Millət vəkili: “Dünya dövlətləri xalqın dəstəklədiyi qüvvəyə inanır” MÜNASİBƏT
"Təbii ki, bu məsələ də görüntü xarakterinə hesablanıb. Beləcə, onlar hər yerdə öz dayaqlarının mövcudluğunu göstərməyə çalışırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev Cəmil Həsənlinin ötən gün Qərb ölkələrinin səfirlikləri ilə keçirdiyi görüşə və sentyabrın 4-də "Milli Şura" rəhbərliyinin prezidentliyə namizədliyini irəli sürdükləri Cəmil Həsənli ilə birlikdə Londona dəvət olunmasına münasibət bildirərkən deyib.
Musa Quliyevin sözlərinə görə, hələ "Milli Şura" élan olunarkən və rəsmi Moskvada "Milyarderlər İttifaqı" yaradılarkən onlar bizim Şimal qonşumuza pənah gətirdilər: "Müxalifət hesab edirdi ki, Rusiyada olan müəyyən dairələr onlara siyasi dəstək olacaq və onların hakimiyyətə gəlməsi üçün yardımçı olacaq. Təbii ki, bu, baş vermədi. Bundan sonra isə onlar Amerika Birləşmiş Ştatlarına (ABŞ) üz tutaraq orada müəyyən görüşlər keçirmək istədilər. Amma bu görüşlər də hər hansı bir qeyri-hökumət təşkilatının (QHT), ictimai təşkilatın keçirdiyi görüş səviyyəsindən yüksəyə qalxa bilmədi. İndi də həmin insanlar Londona gedirlər. Artıq bu insanların niyyətləri, məqsədləri aydındır. Bu, Azərbaycan elektoratının müəyyən bir hissəsini aldatmaqdan başqa bir şey deyil. Həmin insanların özləri də aydın dərk edirlər ki, artıq bütün dünya dövlətləri Azərbaycanda xalqın dəstəklədiyi qüvvəyə inanır. Onlar Azərbaycan xalqının iradəsini, istəyini, dəstəyini əsas götürərək öz siyasətlərini qururlar. Beləcə, bütün dövlətlər də bilir ki, Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və növbəti beş ildə də onu öz Prezidenti kimi görmək istəyir. Bu mənada hesab edirəm ki, həmin dövlətlər də Azərbaycan əhalisinin seçdiyi yolu və dəstəklədiyi siyasəti əsas götürürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB