Sədaqət Vəliyeva: “Vətəndaşların rifah halının yüksəldilməsi dövlətin prioritetidir”
"Azərbaycanda sosial dövlət quruculuğu prosesi gedir və insanların yüksək səviyyəli həyat şəraiti ilə təmin edilməsi dövlətin əsas siyasətidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, vətəndaşların rifah halının yüksəldilməsi dövlətin prioritetidir.
Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılması məhz sözügedən prioritetin reallaşdırılmasından xəbər verir: "Nəzərə almaq lazımdır ki, bu gün dünyanın bir çox ölkələri maliyyə-iqtisadi böhran üzündən insanların maaş və pensiyalarını, təqaüdlərini ya tamamilə ləğv edir, ya iş yerlərini ixtisara salır, ya da sosial güzəştləri aradan qaldırır. Amma sevindirici haldır ki, Azərbaycan bütün bu cür mənfi tendensiyalardan kənardır və dövlət insanların yaşayış səviyyəsini yüksəltmək üçün əməli tədbirləri davamlı şəkildə həyata keçirir. Düşünürəm ki, bu fakt bir daha Azərbaycanın sosial dövlət kimi nüfuzunu, inkişaf səviyyəsini və məsuliyyətini nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB