Nazir Küveytin Azərbaycandakı səfirini qəbul edib

Nazir Küveytin Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Küveytin Azərbaycandakı səfiri Ğəssan Abdulbari əl-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Elmar Məmmədyarov iki dost ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və səfir Ğəssan Abdulbari əl-Zəvavinin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Səfir Ğəssan Abdulbari əl-Zəvavi Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yaradılmış şəraitdən razılığını bildirib və ölkəmizdən yüksək təəssüratla ayrıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə