Müsahibimiz BAXCP sədr müavini Niyaməddin Orduxanlıdır
- Niyaməddin müəllim, "El" hərəkatının sədr müavini Əflan İbrahimli istefa verdi. O istefasını müxalifətin ölkədə qarşıdurma və iğtişaşlar hazırlaşmasına etiraz etməsi ilə əlaqələndirib. Bu məsələyə sizin münasibətiniz?
- Əflan İbrahimlinin verdiyi bəyanatla tanışam. Çox ciddi itihamlar irəli sürüb. Onun Eldəniz Quliyevlə telefon danışıq səsi yayılıb. Fikirimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırma apararaq məşğul olmalıdırlar. Ümumiyyətlə. heç bir siyasi qüvvə ölkədə iğtişaş törətmək haqqında düşünməməlidir. Bu yolverilməzdir. Bu fakt cidd şəkildə araşdırılmalıdır.
- Niyə "Milli Şura" öz siyasi məqsədlərinə çatmağın yolunu icazəsiz aksiyalar keçirmək, iğtişaşlar və qarşıdurmalar yaratmaqda görür?
- Heç bir siyasi qüvvəyə ölkədə iğtişaşlar və qarşıdurmalar yaparatması uğur gətirə bilməz. O cümlədən, müxalifət partiya rəhbərlərinə ölkədə hər hansı bir icazəsiz aksiyaların keçirilmələrindən siyasi divident qazna bilməzlər. Müxalifət düşərgəsini təmsil edən partiyalara rəhbərlik edən liderlərin xalq tərəfindən hər hansı bir siyasi dəstəyi olmayıb və olan da deyil. Xalqımız yaxşı bilir ki, bu qarşıdurmalar ölkəni hara aparıb çıxardar. Bütün hallarda xalq sabitliyin tərəfdarıdır. Bu baxımdan da, müxalifətçilər qarşıdurma yaratmaq niyyətində olsalar belə, cidd nəticə əldə edə bilməyəcəklər. Bu gün müxalifət daha çox maraqlıdır ki, cəmiyyət daha təlatümlü vəziyyətdə olsun və bunlar öz siyasi maraqlarını həyata keçirtsinlər.
- "Milli Şura"nın planlaşdırdığı aksiyalar, iğtişaşlar və qarşıdurmaların arxasında hər hansı bir xarici qüvvələrin dayandığını söyləmək olarmı?
- Azərbaycanın milli maraqlarına qarşı olan qüvvələr həmişə ölkə daxlində qarşıdurmaların yaradılmasına calışıb. Bu birmənalı belədir. Müxalifətçilər bütün vəziyyətlər də maraqlı olublar ki, öz məkrli istəklərini həyata keçirtsinlər. Ancaq xarici qüvvələrin müxalifətə cidd siyasi dəstək verməsi inandırıcı deyil. Vladimir Putinin Bakıya səfərindən sonra "Milli Şura" nakaud vəziyyətinə düşüb.
Bu səfərə qədər İsa Qəmbər, Əli Kərimli və digərləri qərar vermişdilər ki, seçkiyə qatılacaqlar və sonda qeydə alınan namizəd bir nəfərin xeyrinə geri çəkiləcək. Ancaq indi gördülər ki, Rüstəm İbrahimbəyov Rusiyanın bir layihəsi idi və bunlarda həmin layihənin icraçılarıdır. İndi də bu vəziyyətdə çıxmaq üçün Cəmil Həsənli namizədliyini irəli verdilər. Düşünmürəm ki, Cəmil müəllim ciddi uğura imza atacaq bir namizədir. Cəmil Həsənli müxalifətin üz qarası olacaq. İsa Qəmbər Cəmil Həsənlini önə verməklə bir daha Cənab İlham Əliyevə rəqib olmağa cəsarət etmədi. İsa Qəmbər 10 ildir Cənab İlham Əliyevin rəqibi olmağa gücü çatmır. 2008-də olduğu kimi 2013-də seçkiyə qatıla bilmədi.
Bu seçkidən sonra müxalifət tamam sıradan çıxacaq. Çünki müxalifətin heç bir siyasi dəstəyi yoxdur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB