Avqustun 27-də Azərbaycan xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karin Peçiti qəbul edib. XİN-dən SİA-ya verilən nazir Elmar Məmmədyarov Karin Peçiti ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Belçika arasındakı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Karin Peçit, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin davam etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB