"Milli Şura"dakılar görüntü yaratmağa çalışsalar da, bu qurum məhvə doğru gedir və siyasi cəhətdən, iflasa uğramış bir təşkilatdır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev "Milli Şura" daxili prosesləri şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Cəmil Həsənlinin namizədliyini irəli sürməsi, AXCP-nin müxalifət daxilində qələbəsidir: "Çünki Cəmil Həsənli uzun müddət AXCP-nin xətti ilə parlamentdə olub. Amma Ziyalılar Hərəkatından "El" təşkilatına gələn yeganə alim idi. Onun bu təşkilata gəlişi siyasi cəhətdən yetkin olmadığına dəlalət edirdi. Cəmil Həsənlini "Milli Şura"ya gətirməklə məhv etdilər. Eyni zamanda onlar bu hərəkətlə Azərbaycan tarixi elminə böyük bir ziyan vurdular. Əli Kərimli və Eldar Namazov dueti bu məsələdə diqqəti əsasən İsa Qənbəri zərərsizləşdirməyə yönəltmişdi. Onlar bunu qələbə zənn edirlər. Lakin bu "Pir qələbəsi"dir. Əslində Müsavat onların üzərində qələbə çaldı. Çünki İsa Qənbər seçkilərə gedəcəyi tədqirdə lazımı səsi yığa bilməyəcəkdi. Bu isə İsa Qənbərin sonu olacaqdı. İsa Qənbər bu vəziyyətdən çox gözəl yararlandı və növbəti seçkilər üçün özünə baza hazırlaya bildi. Amma bu seçki AXCP-nin sonu olacaq".
Politoloq vurğulayıb ki, Rəsul Quliyevin müraciəti olduqca düzgündür: "Cəmil Həsənli alim olsa belə, onun Azərbaycan siyasi elitasında yeri yoxdur. Bununla yanaşı, o, idarəçilikdən kənar bir şəxsdir. Cəmil Həsənli Azərbaycan tarixini araşdırmaqla məşğul olub, amma onu yaşamayıb".
"El məsəlində deyildiyi kimi, "Milli Şura" duza gedir. Yaz gələndə, qışdan yaza çıxan mal-qara duz istəyir. Bunlar da küyə düşüblər ki, Cəmil Həsənli gəldi, hər şey qurtardı. Əslində Cəmil Həsənlinin gəlişi onların faciəsinin başlanğıcıdır. Cəmil Həsənli yaxşı alim olsa da, siyasətçi kimi faciəsinin başlanğıcına daxil oldu. Deputat olmaq siyasətçi olmaq deyil. Azərbaycan parlamentində 125 deputat var. Olardan 25-i siyasətçidir, digərləri siyasətdən kənar adamlardır. O da onlardan biri idi. Çünki onun parlamentdə olduğu müddətdə parlaq bir çıxışı heç kəsin yadında deyil, deyə politoloq vurğulayıb.
C.Nuriyevin sözlərinə görə, "Milli Şura"dakılar Cəmil Həsənlini meydana gətirməklə Prezident İlham Əliyevə alternativ olacağını düşünüblər: "Ancaq onu nəzərə almayıblar ki, Prezident İlham Əliyev peşəkar diplomatdır. Eyni zamanda Azərbaycanda 20 il bundan öncəki Azərbaycan deyil. Artıq bir nəsil dəyişib və yeni nəsil anlayır ki, 25 il bundan qabaqki meydan, çayxana səviyyəsindəki siyasətçilərlə heç vaxt irəli gedə bilməyəcəklər".
Politoloq bildirib ki, prezident seçkilərində Cəmil Həsənlini müdafiə edənlərin sayı 2000 nəfəri keçməyəcək: "Əgər Cəmil Həsənli özünə hörmət edirsə Rəsul Quliyevin təklifini qəbul edərək seçkilərdən kənarlaşmalıdır. Bu fikri Rəsul Quliyevlə yanaşı İqbal Ağazadə də irəli sürüb. Müqayisə etsək Cəmil Həsənli heç İqbal Ağazədənin alternativi ola bilməz".
Cümşüd Nuriyev vurğulayıb ki, "Milli Şura" xaricdən alınmış tapşırıqları digər istiqamətə yönəltmək üçün olan vasitə idi: "Rüstəm İbrahimbəyov həm Amerikanın, həm də Rusiyanın əlində oynamaq istədi. Lakin Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra Rusiya kartları aradan qalxdı. ABŞ da Cəmil Həsənli oyununu oynadı ki, guya bu layihə Azərbaycanındır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB