Musa Qasımlı: “Bu addımı seçkilərlə əlaqələndirmək düzgün olmaz” AÇIQLAMA

Musa Qasımlı: “Bu addımı seçkilərlə əlaqələndirmək düzgün olmaz” AÇIQLAMA

"Maaşların artırılmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncam ilk olmadığı kimi, sonuncu da olmayacaq". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, bu addımı seçkilərlə əlaqələndirmək düzgün olmaz: "Mütəmadi olaraq Dövlət başçısı İlham Əliyev maaşların artırılması ilə bağlı sənədlər imzalayır və Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Bu mənada Prezident İlham Əliyevin imzaladığı sərəncamı Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına yönəlik addım kimi qiymətləndirirəm".

Qeyd edək ki, avqustun 20-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin və dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 10 faiz artırılması haqda sərəncamlar imzalayıb. Maaşlar sentyabrın 1-dən artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə