Daha bir nəfərin Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyi təsdiqlənib

Daha bir nəfərin Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyi təsdiqlənib

Qüdrət İsaqovun prezidentliyə namizədliyi təsdiqlənib. SİA-nın xəbərinə görə, qərar bu gün MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən komissiyanın növbəti iclasında verilib. Həmçinin Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda MSK-nın 20 avqust 2013-cü il tarixli iclasın protokolu təsdiq edilib, Seçki Komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası və sayına dair məsələyə baxılıb. Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Qeyd edək ki, bu günə kimi MSK 15 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrn 9-da keçiriləcək.

M.Pənahov bildirib ki, Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirmək istəyən təşkilatların sayı artıb. Onun sözlərinə görə, MSK-da 66 nəfər müşahidəçilik missiyasını həyata keçirmək üçün qeydiyyata alınıb.

Məzahir Pənahov həmçinin qeyd edib ki, sabah Bakıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə və ATƏT-in Bakı ofis ilə əməkdaşlıq çərçivəsində "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyaları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə