Almazbek Atambayev: Türk dövlətləri birliyi gələcəkdə çox yaxşı nəticə verəcək
"Bizim tariximiz ortaqdır və inşallah, gələcəyimiz də ortaq olacaqdır". Bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bizim indi yaratdığımız türk dövlətləri birliyi gələcəkdə çox yaxşı nəticə verəcək. Bu gün biz, türk xalqları, bütün dünya üçün iqtisadi inkişaf nümunəsinə çevrilməkdə olan Türkiyə, Qazaxıstan, Azərbaycan ilə fəxr edirik. Sizin dövlətləriniz çox böyük uğurlara nail olmuşdur. Biz bununla fəxr edirik və sevinirik. Arzum budur ki, sizin başçılıq etdiyiniz dövlətlər çiçəklənsin, inkişaf etsin, gələcəkdə daha yüksək nəticələrə nail olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB