Əli Əhmədov: "Milli Şura kimlərinsə əlində bir vasitə kimi istifadə olundu və atıldı"
"Seçkilərə start verildiyi dövrdə müxalifətin namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil, özünə inamını tamamilə itirib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan vətəndaşları müxalifət təmsilçilərini dəstəkləmirlər və bu günə qədər belə bir dəstək müxalifət təmsilçilərinə göstərilməyib: "Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz. Buna onun nə yaşı, nə də siyasi təcrübəsi imkan vermir. Son siyasi hadisələr onu göstərir ki, elə onun məsuliyyətsizliyi də imkan vermir ki, prezident seçkiləri kimi ciddi bir seçki kampaniyasında iştirak edə bilsin. Bu qədər hüquqi cəhətdən problemləri olan birinin seçki kampaniyasına qatılmaq istəməsi onun məsuliyyətsizliyindən xəbər verir. Eyni zamanda, bu adam siyasət və seçki anlayışlarının nə demək olduğundan tamamilə bixəbərdir".
YAP-ın Sədr müavini vurğulayıb ki, müxalifət öz aralarında seçkiyə qatılmaq üçün namizəd tapa bilmir: "Hesab edirəm ki, Azərbaycan vətəndaşları onların içindən çıxan heç bir namizədi dəstəkləməyəcək. Ölkənin prezidenti seçilmək üçün kinorejissor olmaq kifayət deyil. Ölkə prezidenti seçilmək üçün tamam başqa parametrlər lazımdır. Bu parametrlərdən məhrum olanların seçki kampaniyasına qatılmaq iddiası insanları aldatmaqdan başqa bir şey deyildi".
Əli Əhmədov vurğulayıb ki, Milli Şura kimlərinsə əlində bir vasitə kimi istifadə olundu və atıldı: "Süni yaradılmış vasitələrdən müvəqqəti istifadə edirlər. Milli Şura da istifadə olundu və atıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB