MSK İqbal Ağa-zadənin prezidentliyə namizədliyini təsdiq edib

MSK İqbal Ağa-zadənin prezidentliyə namizədliyini təsdiq edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda ilk olaraq MSK-nın 12 avqust 2013-cü il tarixli protokolu təsdiqlənib.

Daha sonra Azərbaycan Ümid Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İqbal Fehruz oğlu Ağazadənin Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq olunub.

İclasda həmçinin AÜP-nın səlahiyyətli nümayəndələridə MSK tərəfindən qeydə alınıb.

Xatırladaq ki, bu günə kimi 9 nəfər partiya üzvü prezidentliyə namizəd üçün MSK-ya sənədlərini təqdim edib. Artıq MSK 4 nəfərin prezidentliyə namizədliyini təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə