"Müxalifətin vahid namizədlə bağlı oyun qaydaları göz önündədir. Bu şəxslər növbəti dəfə daxili ziddiyyətlərini ortaya qoyaraq seçki ərəfəsi yalançı vədlərlə bir-birlərini aldatmaqla məşğuldurlar. Nə oldu bəs vahid namizədiniz? İndi onun adını ancaq lazım olmayanda çəkirsiniz!" Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. O qeyd edib ki, indi müxalifət düşərgəsində Rüstəm İbrahimbəyovun adını çəkəni az qala topa tuturlar: "Amma dünənə qədər onun uğrunda az qala fədakarlıq etməyə hazır olanlar indi heç nə olmamış kimi davranırlar. Hətta qondarma Milli Şurada vahid namizəddən başqa bir namizədin adı ətrafında yaranan müzakirələrə belə razı olmayanın özü indi namizədliyindən danışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB