İtaliyanın Nazirlər Şurasının Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB