Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib. SİA-nın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünki iclasında verilib.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Roza Abas qızı Babayeva və Mətanət Musa qızı Mehdiyeva 30 saylı Suraxanı birinci, Rövşən Əlxan oğlu Tahirov 32 saylı Suraxanı üçüncü, İbrahim Həsən oğlu Cəfərov 38 saylı Nizami ikinci, Sahib Məmmədbağır oğlu Rzayev 39 saylı Kəpəz birinci (Gəncə), Hicran İsa oğlu Əliyev 45 saylı Abşeron, Nərgiz İbrahimxəlil qızı Vəliyeva 92 saylı Zərdab – Ucar, Elman Telman oğlu İsmayılov 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Nurəddin Musa oğlu Kərimov 22 saylı Nəsimi ikinci, Hüseyn Həsən oğlu Məmmədov 23 saylı Nəsimi – Səbail, Arif Yusif oğlu Xəlilov 30 saylı Suraxanı birinci, Dadaş Sərxoş oğlu Əliyev və Gülağa Əhməd oğlu Allahverdiyev – 32 saylı Suraxanı üçüncü, Rafail Mikayıl oğlu Xəlilov 38 saylı Nizami ikinci (Gəncə), Ehtibar Aydın oğlu Həsənov 82 saylı Ağcabədi, Firuzə Kərim qızı Qocayeva 92 saylı Zərdab – Ucar, Əhməd Nemət oğlu Əhmədov 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB