YAP-ın seçkilərdəki səlahiyyətli nümayəndələri təsdiqlənib

YAP-ın seçkilərdəki səlahiyyətli nümayəndələri təsdiqlənib

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. SİA- xəbər verir ki, komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda partiya tərəfdən səlahiyyətli nümayəndə kimi təqdim olunan siyahı açıqlanıb.

Belə ki, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı səlahiyyətli nümayəndə kimi təsdiq olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə