ATƏT Parlament Assambleyası Azərbaycanda oktyabrın 9-da keçirilək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcək. SİA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun prezidenti Ranko Krivokapiç bildirib ki, Azərbaycanda keçiriləcək prezident seçkisi ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda keçiriləcək payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub.
R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Bununla yanaşı, qurum payız sessiyasından iki həftə sonra - oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB