Türkiyənin baş naziri Obama ilə regiondakı vəziyyəti müzakirə edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət əsnasında Suriya və Misirdəki son vəziyyət müzakirə olunub. Bununla belə Suriyada xarici ekstremistlərin fəaliyyətinin təhlükəli olduğu və ölkədə vahid müxalifəti dəstəkləməyin zəruriliyini qeyd edilib.
Misirdəki zorakılıqdan məyus olduqlarını ifadə edən hər iki lider demokratik addım atılması üçün birgə səy göstərməyin vacibliyini də bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB