Milli qəhərəman İbad Hüseynovun SƏS TV-yə müsahibəsi:
- İbad müəllim, eşitdiyimizə görə, bu yaxınlarda səhətinizdə yaranan problemlə bağlı Türkiyəyə səfər etmisiniz. İndi özünüzü necə hiss edirsiniz?
- İndi yaxşıyam. Aldığım yaralardan sonra uzun müddət müalicə aldım. Müalicələrdən bir qədər sonra səhhətim normal vəziyyətə düşsə də, son vaxtlarda problemlər yenidən baş qaldırdı. Ağrılar məni kəskin şəkildə narahat edirdi. Türkiyədən mənə müalicə olunmaq üçün təklif gəldi. Türk qardaşlarımız məni hər tərəfli müayinə etdikdən sonra, nəticələrə uyğun olaraq müalicə etdilər. Müalicələrdən sonra özümü demək olar ki, yaxşı hiss edirəm.
- Siz Türkiyədə olduğunuz müddətdə Rəcəb Tayyib Ərdoğanla görüşdünüz. Maraqlıdır, siz onunla nə haqqında danışdınız?
- Məni orada Türkiyənin Böyük Millət Məclisinə dəvət etmişdilər. TBMM-də keçirilən görüşdən sonra, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mənimlə şəxsən görüşmək istədiyini dedilər. Əlbəttə, bu təklif məni çox sevindirdi. Hörmətli baş nazir özü, şəxsən TBMM-ə gələrək mənimlə görüşdü. O, əllərimi sıxaraq, onlar üçün böyük insan olduğumu, bir qəhrəman kimi təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının qüruru olduğumu dedi. Bu sözləri duymaqdan məmnun olduğumu bildirdikdən sonra, ona Qarabağda baş verən hadisələr barədə, Azərbaycanda mövcud olan vəziyyət haqqında danışdım. Baş nazir gələcəkdə növbəti görüşlər keçirilməsi məqsədilə, ətrafında olan mühafizəçilərə mənim əlaqə telefonumu yaddaşa almalarını tapşırdı. Ərdoğanın ardınca, məni Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu görüşə dəvət etdi. Hörmətli Davudoğlu ilə daha çox söhbət etdik. Yarım saatdan çox çəkən söhbət əsnasında, o da mənimlə qürur duyduğunu ifadə etdi. Onlar məni gənclərlə görüşə də dəvət etdilər. Aldığım xəsarət nəticəsində nitqimdə problem yarandığına görə, görüşdə qısa danışmaq istədim. Lakin onlar mənə bundan utanc duymamağımı, nə bilirəmsə danışmağımı istədilər. Bu görüşdən sonra mən Çanaqqalaya dəvət olundum. Orada Ərdoğanla eyni cərgədə oturdum. Ərdoğanla yanaşı, digər rəsmi nümayəndələr də mənin onlarla eyni mühitdə olmağımın özləri üçün böyük şərəf olduğunu dedilər. Daha sonra Ərdoğan ətrafdakılara üz tutaraq şəhidləri ziyarət etməyə ən çox mənim haqqım çatdığını dedi. O, mənə yaşayan şəhid adı ilə xitab etdi. Onlar öz şəxsi avtomobil karvanı ilə məni Ankaraya gətirdilər. Orada da mən bir neçə rəsmi görüşlərdə iştirak etdim.
- Səfər çərçivəsində hərbiçilərlə də görüşdünüzmü?
- Tayyib Ərdoğan məni Türkiyə hərbiçilərinin qərargah rəisi ilə görüşdürdü, məni Gülhanə Tibb mərkəzindən hərtərəfli müayinədən keçirmələrini tapşırdı. Qısa müddət ərzində Türkiyənin demək olar ki, bütün rəsmi dövlət nümayəndələri ilə görüşdüm. Onlar bu görüşdən sonra mənim haqımda geniş bilgiyə sahib oldular. Mən türk qardaşlarımıza təşəkkür edirəm. Eyni zamanda onu da demək istəyirəm ki, mənə ilk dəyər verən Ulu Öndərimiz Heydər Əliyev olub. Onunla bağlı olan bir xatirəni heç vaxt unutmaram. Toy günümdən öncə o mənə zəng etmək üçün öncədən xüsusi telefon nömrəsi və mobil aparat göndərmişdi. Hazırda mən həmin nömrədən istifadə edirəm. Məni bu zirvəyə qaldıran, məni tanıdan, məhz Ulu Öndər olub.
- İbad müəllim, sizin digər insanlardan fərqli və keşməkeşli bir həyat tərziniz olub. Maraqlıdır, bu gün İbad Hüseynov həyatından razıdırmı?
- Hər kəs oğlu olanda sevinir. Amma onlar bunu nə üçün istədiklərinin fərqinə varmırlar. İnsan oğul övladını ona görə istəyər ki, o, vətənini düşməndən qorusun. Mən də vətənimə layiqli övlad olduğum, ona xidmət göstərdiyim üçün özümlə fəxr edirəm. Mən xəsarət alsam da, sağlamlığımı itirsəm də, vətən yolunda bütün etdiklərimə görə şərəf duyuram.
- Sizə Azərbaycan xalqı qibtə edir, hamı sizinlə bu torpağın qəhrəmanı kimi qürur duyur. Bəs sizin özünüzün qəhrəmanınız varmı?
- Mən hər dəfə gənclərimizlə görüşəndə şahidi oluram ki, onlar mənim söhbətlərimi dinlədikdə, özlərini mənim yerimə qoyurlar. Onlar sözün əsl mənasında mənləşirlər. Yəni, özlərini bir anlıq mənim yerimdə təsəvvür edirlər. Onların gözündə bu zirvəyə çatmaq həvəsini duyuram. Ukraynada mənim Azərbaycan gəncləri ilə görüşüm oldu. Əfsuslar olsun ki, onlara vətən anlayışı tamamilə yad idi. Bunu görüncə, mən onlarla uzun müddət vətən haqqında söhbət etdim. Onlarda vətən hissini oyatmaq, aşılamaq üçün əlimdən gələni etdim. Sevindirici haldır ki, istədiyim nəticəni əldə etdim. Mənimlə söhbətdən sonra, onların gözlərindən vətən sevgisi üçün axan yaşların şahidi oldum. Deməli, bu torpaq bütün varlıqlardan müqəddəsdir və biz onu canımız, qanımız kimi qorumalıyıq.
- İbad müəllim, 20 ildən sonra erməni terrorçu Monte Merkonyanın öldürülməsi ilə bağlı ziddiyyətli fikirlər səsləndi. Sizcə, bu fikir nə məqsədə xidmət edir?
- Belə fikirlər ilk öncə mənə gülünc görünür. Çünki onlar öz qəhrəmanlarını müdafiə etməkdən ötrü bir ermənin tərəfini saxlayırlar. Həmin erməninin başını mən özüm şəxsən kəsmişəm. Onu qarşımda diz çökdürmüşəm. Kəsdikdən sonra da fotosunu çəkmişəm. Mən ona üzbəüz qalib gəlmək istəyirdim. O, həmin an mənə yalvarırdı. Mən ermənini müdafiə edən insanların dediklərini cavablamdırmağı özümə sığışdırmıram.
- Bildiyimiz kimi, Azərbaycanda erməni əsirləri olub. Bu zaman onlara qarşı hər hansısa Bütün bunları nəzərə alaraq, ermənilərə bir millət kimi nə demək istərdiniz?
- Mən, ümumiyyətlə erməniləri bir milət kimi görmək istəmirəm. Erməni milləti deyilən bir anlayış yoxdur. Mən əminəm ki, biz onların işğalı altında olan doğma torpaqlarımızı azad edəcəyik. Ali Baş Komandanımız müharibə əmrini versə, mən şəxsən torpaqlarımızı xilas edənlər sırasında öndə gedəcəm. Biz erməniyə öz gücümüzü sübut edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB