"Rüstəm İbrahimbəyovun namizədliyi oyunun bir hissəsi idi"

"Rüstəm İbrahimbəyovun namizədliyi oyunun bir hissəsi idi"
Müxalifətin qondarma Milli Şurasının radikal qanadı tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyov hal-hazırda özünün da anlamaqda bəlkədə çətinlik çəkdiyi bir situasiyanın içərisindədir. Çünki onu tez-tələsik siyasi proseslərə qatışmağa vadar edənlər sonu düşünmədədn qərar vermişdilər. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın hüseynov bildirib.

Qeyd edib ki, müxalifətin 20 illik təcrübəsində belə halları cəmiyyət dəfələrlə müşahidə edibdir. "Müxalifət cəmiyyətin özünə qarşı olan münasibəti fonunda başqa bir şəxsin adı altında siyası proseslərə qatılmaqla əslində yeni oyun qaydalarından istifadə etməyə çalışırdı. Amma onlar yenə də həmişə olduğu kimi səhvə yol verdiklərinin fərqində deyildilər. Çünki qondarma Millİ Şura tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığından sanki xəbərsiz kimi addım atanlar əslində oyuna yeni bir başlanğıc vermiş olublar. Onlar sadəcə seçki öncəsi özlərinə yönələn ictimai münasibəti fərqli səmtə istiqamətləndirmək üçün bu cür mövqe sərgilədilər. Bir müddət öncə onun namizədliyini irəlü sürənlər indi R.İbrahimbəyovu gülüş obyektinə, özləri üçün müzakirə mövzusuna çeviriblər", - deyə A.Hüseynov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com