YAP Gənclər Birliyinin üzvləri “Qocalar evi”ni ziyarət edib

YAP Gənclər Birliyinin üzvləri “Qocalar evi”ni ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Aşıq Şəmkir Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə Müqəddəs Ramazan bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən "Qocalar evi"ni ziyarət ediblər. SİA-nın məlumatına görə, tədbirdə 160-170-ə yaxın qocalara yemək, bayram sovqatları təqdim olunub.

YAP GB üzvləri bildiriblər ki, hər dəfə bu cür tədbirdən sonra insanın həyata baxışı dəyişir: "Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil. Qocalar evində məskunlaşan ana-atalarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirik. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz".

Daha sonra YAP GB-nın Ofisinin rəhbəri Sərraf Balaxan deyib ki, bu ziyarətdə bir qrup gənc müəyyən miqdarda inanələr toplayıb ki, bunlara da YAP GB və Aşıq Şəmkir Mədəniyyət Ocağı İctimai Birliyi böyük dəstək olub: "Həmin məbləğin müqabilində bayram sovqatları alınıb qablaşdırılaraq "Qocalar evi"ndə yaşayan, diqqətə və qayğıya ehtiyacı olan insanlara paylanılıb. Onlarla səmimi söhbət aparılıb və həyata küskün olan insanların könülləri alınıb. Bu həm qocaların həm də biz gənclərin ürəyincə olub. Çünki, Ramazan ayında savab iş görmək hər bir insanın, xüsusən müsəlmanın borcudur".

Diqqətə çatdırılıb ki, YAP GB-nın xeyri işləri mütəmadi olaraq (Qurban, Novruz, Ramazan, Milli Ordu və s.) davam etdirilir: "Bundan sonra da kimsəsizlərə, qayğıya ehtiyacı olanlara həmçinin öz sağlamlığını itirmiş insanlara xeyriyyə tədbirləri davam etdiriləcək. Bizim növbəti tədbirimiz qarşıdan gələn Qurban bayramına təsadüf edəcək. Eləcə də Yeni il bayramında da bu kimi tədbirlərimiz davamlı olacaq".

Sonda isə gənclər xoş əhval-ruhiyyə və təəssüratlarla "Qocalar evi"nin sakinlərindən ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə